Rusiya hər zaman İranı dinc nüvə enerjisi sahəsində işində dəstəkləyir.
Bakıvaxtı.az xəbər verir ki, Bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) plenar iclasında deyib.
"Biz İranı qanuni maraqları uğrunda mübarizədə, o cümlədən dinc nüvə enerjisində maraqları uğrunda mübarizədə dəstəkləyirik. Biz həmişə bu mövqeyi tutmuşuq. Bu işdə və bu münaqişədə fundamental mövqeyimiz dəyişməyib", - Rusiya lideri bildirib.