• Bakı 26° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Göyərtəsəində 280 sərnişin olan gəmi yandı - VİDEO

DÜNYA

20 Iyul 2025 | 17:26 | Müəllif: Subhan Mahmudov

Göyərtəsəində 280 sərnişin olan gəmi yandı - VİDEO

İndoneziya sahillərində göyərtəsində 280 sərnişinin olduğu gəmidə yanğın baş verib, azı 4 nəfər ölüb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Talaud rayonu limanından Manado limanına doğru hərəkət edən "Barselona 5" gəmisi İndoneziya sularında Talise adası yaxınlığında alovlanıb. İlkin məlumata görə, yanğın gəminin aşağı göyərtələrində başlayıb və sürətlə yayılıb.

Sosial şəbəkələrdə yanan bərənin görüntüləri yayılıb. İnsanlar təşviş içində dənizə atılır. 130 nəfərin taleyi məlum deyil.

Yanğının səbəbi barədə məlumat verilmir.

Xilasetmə əməliyyatında yerli balıqçılar və yoldan keçən gəmilər iştirak edir. Təxliyə edilənlərin dəqiq sayı barədə hələlik məlumat yoxdur.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026