• Bakı 23° C

    2.67 m/s

İsraildə aktiv koronavirus xəstələrinin sayı 82 mini ötüb

DÜNYA

15 Sentyabr 2021 | 00:35 | Müəllif: Subhan Mahmudov

İsraildə aktiv koronavirus xəstələrinin sayı 82 mini ötüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 10 774 nəfər yoluxub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 190 971 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 44 nəfər ölüb və ölənlərin ümumi sayı 7 428 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 1 101 515 nəfəri sağalıb, aktiv xəstələrin sayı 82 028 nəfərə qədər artıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026