• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

BMT Baş katibi Livanda münaqişə tərəflərini sakitliyə çağırdı

DÜNYA

14 Oktyabr 2021 | 21:57

BMT Baş katibi Livanda münaqişə tərəflərini sakitliyə çağırdı

BMT-nin Baş katibi Antoniu Quterreş Livandakı münaqişə tərəflərini şiddətə son qoymağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş katibin nümayəndəsi Stefan Dujarrik bildirib.

"Baş katib bu gün Beyrutda baş verən hadisədən çox narahatdır. Bütün maraqlı tərəfləri təcavüzü dərhal dayandırmağa və təxribatçı hərəkətlərdən çəkinməyə çağırırıq", - deyə Dujarrik bildirib.

Sözçü əlavə edib ki, Quterreş keçən ilin avqustunda Beyrut limanında baş verən partlayışla bağlı tam və qərəzsiz araşdırma aparılmasını müdafiə edir.

Xatırladaq ki, "Haraket Amal" partiyasının tərəfdarları oktyabrın 14-də Livanın Tayuni bölgəsinə toplaşıblar. Nümayişçilər keçən il Beyrut limanında baş verən partlayış işini nəzərdən keçirən hakim Tarek Bitarın işdən çıxarılmasını tələb ediblər.

Etirazçıların Ədalət Sarayına doğru yürüşü zamanı naməlum şəxslər onlara atəş açıb. Yerli mətbuatın yazdığına görə, atışma nəticəsində 6 nəfər ölüb, 60-dan çox adam yaralanıb.

Ölkənin baş naziri bildirib ki, Livanda 15 oktyabr Beyrut hadisələrinin qurbanları üçün matəm günü elan edilib.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026