• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Livanda nümayişçilərə atəş açıldı - 6 ölü, 60-dan çox yaralı

DÜNYA

14 Oktyabr 2021 | 15:51 | Müəllif: Subhan Mahmudov

Livanda nümayişçilərə atəş açıldı - 6 ölü, 60-dan çox yaralı

Livanın paytaxtı Beyrutda etiraz aksiyasının iştirakçılarına atəş açılıb, 6 nəfər həlak olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Beyrutun mərkəzi hissəsində, Ədliyyə sarayının qarşısında keçirilən aksiya zamanı snayper kütləyə atəş açıb.

Nəticədə daha 60-a yaxın şəxs xəsarət alıb.

Etirazçılar ötən ilin avqustunda Beyrut limanında baş vermiş partlayışın araşdırılması ilə bağlı komissiyaya rəhbərlik edən hakimin dəyişdirilməsini tələb edir.

Qeyd olunur ki, paytaxtda etirazlar davam edir, hadisə yerinə hərbçilər cəlb edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026