• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Çində koronavirusun episentri dəyişdi

DÜNYA

13 Noyabr 2021 | 00:05 | Müəllif: Subhan Mahmudov

Çində koronavirusun episentri dəyişdi

Çin daxilində koronvirusun episentri dəyişərək Dalian şəhərinə keçib.

Dalianda yeni koronavirus infeksiyasına yoluxma hallarının artması davam edir.

Noyabrın 11-də şəhərdə 52 yeni COVID-19 infeksiyasına yoluxma faktı təsdiqlənib. Bir gün əvvəl, noyabrın 10-da 21, noyabrın 9-da 17, noyabrın 8-də isə 5 nəfərdə infeksiyaya yoluxma aşkarlanıb.

Bundan əvvəl ölkədə virusun yayılmasının episentri Rusiyanın Blaqoveşensk şəhəri ilə həmsərhəd olan Heihe şəhəri olub. Orada əhali arasında yoluxma hallarının artımını ciddi məhdudiyyətlər və karantin rejiminin tətbiqi ilə saxlamaq mümkün olub.

Məsələn, virusun yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatın işi dayandırılıb, avtomobillərin hərəkəti məhdudlaşdırılıb, qəsəbənin həyatına dəstək verməyən müəssisələr bağlanıb.

Ümumilikdə, noyabrın 11-də Çində 98 yeni COVID-19 hadisəsi aşkar edilib.(Oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026