• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Pul müqabilində başqalarının yerinə 10 dəfəpeyvənd olundu

DÜNYA

12 Dekabr 2021 | 20:15

Pul müqabilində başqalarının yerinə 10 dəfə peyvənd olundu

Yeni Zelandiyadan olan bir şəxs pul müqabilində digər insanların yerinə peyvənd olunub.

Bakıvaxtı.az xəbər verir ki, həmin şəxs artıq 10 dəfə vaksin vurdurub. Hadisə Yeni Zelandiyanın Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb və artıq polisə məlumat verilib. Məlumata görə, kişi gün ərzində bir neçə peyvənd mərkəzinə baş çəkib və digər insanların əvəzinə peyvəndin 10 dozasını alıb.

Oklend Universitetinin immunoloqu Helen Petusis-Harris həmin şəxsin bir neçə gün ərzində özünü pis hiss edəcəyini deyib. 

Xatırladaq ki, bu ilin may ayında İtaliyanın Toskana şəhərində 23 yaşlı qadına səhvən altı doza “Faizer” peyvəndi vurulub. O, bir müddət xəstəxanada müşahidəyə alınsa da, daha sonra özünü yaxşı hiss etdiyindən evə buraxılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026