• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Baş nazirin evində axtarış edən polis faktın üstünü açdı

DÜNYA

11 Yanvar 2022 | 20:00 | Müəllif: Subhan Mahmudov

Baş nazirin evində axtarış edən polis faktın üstünü açdı

İsveçin Baş naziri Maqdalena Andersson evində qeyri-qanuni mühaciri çalışdırıb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, polis baş nazirin evində əməliyyat keçirərək faktın üstünü açıb.

Maqdalena Andersson açıqlama verərək bildirib ki, təmizlik şirkət tərəfindən aldadılıb.

Qeyri-qanuni işləyən Nikaraquadan olan 25 yaşlı təmizlik işçisi polisə verdiyi ifadəsində 2020-ci ilin yazında deportasiya əmri verildikdən sonra qeyri-qanuni işlədiyini etiraf edib.

Qadın həmçinin 2020-ci ilin payızında Stokholmdakı bir mağazada oğurluq etməkdə təqsirli bilinib.

Təmizlik şirkəti hadisədən sonra verdiyi açıqlamada qadının onlara başqa təmizlik şirkəti tərəfindən göndərildiyini iddia edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR