Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan Türkiyənin milli müdafiə naziri Hulusi Akarın vəziyyəti stabildir.
Bakıvaxtı.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə NTV hərbi mənbələrə istinadən məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, xəstəliyi yüngül simptomlarla keçirən nazir yaxın günlərdə, izolyasiya dövrü bitəndən sonra yenidən işə çıxacaq.
















