Koronavirusun (COVİD-19) "omicron" ştamının aşkarlandığı ölkələrin sayı artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, dekabrın 9-dək koronavirusun sözügedən ştamına yoluxma halları ÜST-ün hazırda 6 region üzrə 63 dövlətdə qeydə alınıb.
Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştamına "omicron" adı verilib. Yeni ştamda çox sayda mutasiyalar mövcuddur və digər ştamlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.
















