• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Koronavirusun mutasiyası illər çəkə bilirsə...

DÜNYA

11 Yanvar 2022 | 22:46 | Müəllif: Qalib İbrahimoğlu

Koronavirusun mutasiyası illər çəkə bilirsə...

COVID-19-un yeni ştamları immun çatışmazlığı olan xəstələrin yoluxması səbəbindən yaranır.

Bakıvaxtı.az aztibb.az-a istinadən xəbər veri ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov “Rossiya 1” telekanalının efirində bildirib.

Həkim belə insanların orqanizmində virusun digərlərindən fərqli olaraq, daha tez mutasiyaya uğradığını izah edib. “Əgər normal olaraq koronavirusun mutasiyası illər çəkə bilirsə, o zaman xəstədə immun çatışmazlığı var. Məsələn, Kembricdə limfomalı bir xəstə var idi, onda yüzlərlə mutasiya aşkarlandı”.

“İmmun çatışmazlığı olan insanlar yeni viruslar üçün inkubatorlardır. Omikron da belə yaranıb”, - deyə A.Myasnikov vurğulayıb.

Onun fikrincə, immun çatışmazlığı olan xəstələrə peyvəndin az təsiri səbəbindən bu cür xəstələr üç və daha çox doza peyvənd edilməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR