Böyük Britaniyanın Xarici İşlər naziri Liz Trass Rostov və Voronejdən danışarkən söhbətin Ukraynadan getdiyini düşünüb.
Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın Rusiyadakı səfirliyinin Teleqram kanalında məlumat yayılıb.
“Liz Trass artıq bu məsələni bu gün axşam müzakirə edib. O deyib: Görüş zamanı mənə elə gəldi ki, Lavrov Ukrayna ərazisindən danışır. Dəqiq şəkildə ifadə etdim ki, sözügedən vilayətlər Rusiyanın suveren ərazisidir”, - deyə bildirilib.
Qeyd edək ki, bundan öncə L.Trassın Lavrovla görüşdə Rusiyanın Rostov və Voronej bölgələrindəki suverenliyini tanımadığını söyləməsi barədə məlumat yayılmışdı.
















