• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyada altı aylıq körpə "omikron"a yoluxub

DÜNYA

11 Yanvar 2022 | 22:01 | Müəllif: Subhan Mahmudov

Rusiyada altı aylıq körpə "omikron"a yoluxub

Rusiyanın Rostov şəhərində mütəxəssislər altı aylıq körpədə və onun anasında koronavirusun "omikron" ştammını aşkar ediblər.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) regional idarəsinin rəhbəri Yevgeni Kovalyov deyib.

O bildirib ki, bu, şəhər ərazisində "gətirilmə" olmayan ilk yoluxma faktları olub.

Bundan əvvəl Rostov şəhərində qeydə alınan yoluxma halları xaricdən gəlmiş şəxslərdə tapılmışdı.

O əlavə edib ki, hazırda Rostov vilayətində koronavirusa yoluxanların 1 faizində "omikron" müşahidə olunub.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026