• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Hulusi Akar: “Səbrimiz tükənmək üzrədir"

DÜNYA

11 Yanvar 2022 | 22:13 | Müəllif: Subhan Mahmudov

Hulusi Akar: “Səbrimiz tükənmək üzrədir"

Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu” Agentliyi müxbirinin Ağcaqalada üç əsgərin şəhid olduğu terror hücumundan sonra başladılan əməliyyatlarla bağlı sualını cavablandırıb.

Xain hücumdan dərhal sonra lazımi əməliyyatlara başlanıldığını vurğulayan Akar bildirib ki, sərhədlərimizdən kənarda planlaşdırılan bu hücumlar Türkiyənin səbr kasasını doldurub.

“Şəhidlərimizin qanı yerdə qalmadı və qalmayacaq. PKK/YPG hədəflərini vurduq, bundan sonra da vurmağa davam edəcəyik. Bu günə kimi 22 terrorçu zərərsizləşdirilib. Bu rəqəmin daha da artacağını gözləyirik”,- deyə nazir bəyan edib.

O qeyd edib ki, cəza əməliyyatları artan templə davam edəcək.

“Bir daha bildiririk ki, biz bütün tərəflərin razılaşmalarda nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirəcəklərini gözləyirik. Şəhidlərimizə Allah bir daha rəhmət eləsin, ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və əziz millətimizə başsağlığı veririk”, - deyə Akar əlavə edib.(Oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026