Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 182 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində paylaşdığı məlumatda bildirib.
Qeyd olunub ki, COVID-19 infeksiyası ilə əlaqədar son 24 saat ərzində Türkiyədə 345 754 nəfər test edilib, 17 956 nəfərin koronavirus testi pozitiv nəticə verib. Məlumata görə, 22 648 nəfər isə virusdan sağalıb.
















