• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstanla Türkiyə birgə hərbi təlim keçdi - Video

DÜNYA

13 Noyabr 2021 | 00:46 | Müəllif: Subhan Mahmudov

Gürcüstanla Türkiyə birgə hərbi təlim keçdi - Video

Gürcüstan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq çərçivəsində birgə hərbi təlim keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Təlim Türkiyə-Gürcüstan sərhədində, Samtsxe-Cavaxeti bölgəsində keçirilib və Gürcüstan Sərhəd Polisinin Axaltsixe İdarəsinin taktiki qrupları və Türkiyə Silahlı Qüvvələrinin 25-ci briqadası iştirak edib.

Qeyd olunub ki, bu təlimlər iki ildən bir keçirilir. Təlimin məqsədi iki ölkənin sərhəd bölmələri arasında quru sərhədlərinin mühafizəsi sahəsində təcrübə mübadiləsi və sərhəd təhlükəsizliyi məsələləri üzrə birgə fəaliyyətin təkmilləşdirilməsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026