• Bakı 25° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İranda PARTLAYIŞ: ölənlər var

DÜNYA

13 Dekabr 2021 | 00:26 | Müəllif: Qalib İbrahimoğlu

İranda PARTLAYIŞ: ölənlər var

İranın paytaxtı Tehranın Qaleh Morgi küçəsində yerləşən binada partlayış baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Cəlal Maleki partlayışın yerli vaxtla saat 18:44-də baş verdiyini və bu barədə məlumatdan sonra bölgəyə 3 yanğınsöndürən maşının göndərildiyini bildirib. "Partlayış binaya, eləcə də ətrafdakı tikililərə və park edilmiş avtomobillərə ziyan vurub", - Maleki deyib.

İlkin məlumata görə, partlayışa binadakı oksigen balonları səbəb olub. "Dağıntılar altında ağır yaralanan 2 nəfər xilasetmə qrupları tərəfindən çıxarılıb, lakin onlar aparıldıqları xəstəxanada həyatını itirib", - o əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026