• Bakı 12° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

İsraildən Livanın cənubuna hücum: 25 ölü, 160 yaralı

DÜNYA

29 Yanvar 2025 | 13:58

İsraildən Livanın cənubuna hücum: 25 ölü, 160 yaralı

İsrailin Livanın cənubunda üç gündür davam etdirdiyi hücumlar nəticəsində ölənlərin sayı 25-ə çatıb, daha 160 nəfər yaralanıb.

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə  Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, üç gündür yüzlərlə Livan sakini sərhəd kəndlərinin kənarında toplaşıb, oradan avtomobillərlə və piyada şəklində evlərinə yollanıb. Lakin İsrail əsgərlərinin geri qayıdan mülki şəxslərə atəş açması sərhəddə gərginliyi daha da artırıb.

Bu hücumlar Hizbullah ilə İsrail ordusu arasında 27 noyabr 2024-cü ildə qüvvəyə minmiş hazırkı atəşkəs razılaşmasından sonra baş verib.

Gülşən Şərif


SON XƏBƏRLƏR