• Bakı 23° C

    13.84 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

İsrailin Qəzzaya hücumları nəticəsində 37 fələstinli həyatını itirib

DÜNYA

04 Iyul 2025 | 10:37

İsrailin Qəzzaya hücumları nəticəsində 37 fələstinli həyatını itirib

Səhər saatlarından etibarən İsrail ordusunun Qəzza zolağına intensiv hava və artilleriya hücumları nəticəsində azı 37 fələstinlinin həlak olduğu bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlərdən 15-i yardım gözləyən mülki şəxslər olub.

Hücumların əsasən Qəzzanın mərkəzi və cənub hissələrini hədəf aldığı, bir neçə yaşayış binası və müvəqqəti sığınacaq yerlərinin tamamilə dağıldığı qeyd olunur.

Şahidlərin sözlərinə görə, səhər saatlarında başlayan hava zərbələri və tank atəşləri nəticəsində bir çox ailələr öz evlərini tərk etməyə məcbur qalıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR