• Bakı C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0184

İsrailin təxliyyə etdiyi xəstəxanada çürümüş körpə və uşaq cəsədləri tapılıb

DÜNYA

29 Noyabr 2023 | 20:38

İsrailin təxliyyə etdiyi xəstəxanada çürümüş körpə və uşaq cəsədləri tapılıb

Qəzzada İsrailin zorla boşaltdığı xəstəxanalardan biri olan Nəsr Uşaq Xəstəxanasının reanimasiya şöbəsində çoxlu körpə və uşağın çürümüş cəsədləri tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, İsrail və HƏMAS arasında əldə olunan humanitar razılaşma ilə Qəzza zolağının bombardmanı dayandırıldıqdan sonra Qəzza şəhərindəki Nəsr Uşaq Xəstəxanasına daxil olmaq mümkün olub.

İsrailin ağır bombardmanlardan sonra zorla təxliyə etdiyi xəstəxananın reanimasiya şöbəsində çoxlu körpə və uşaq qalıb. İsrail qüvvələri xəstəxanaya girməyə icazə verməyən körpə və uşaqları reanimasiya şöbəsində ölümə buraxıb.

Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı da sosial media hesabında Nəsr Xəstəxanasının reanimasiya şöbəsində çəkilmiş fotonu paylaşıb.

Yazıda “Nəsr xəstəxanasında 5 körpənin ölümündə İsrail ordusunun məsuliyyəti ilə bağlı beynəlxalq araşdırmaya” çağırılıb.

Qəzzadakı qarşıdurmalarda humanitar fasilədən əvvəl İsrail ordusu Şifa xəstəxanası, Nəsr Uşaq Xəstəxanası, Əl-Ehli Baptist və Türk-Fələstin Dostluğu xəstəxanalarının ətrafındakı əraziləri, həmçinin Fələstin Qızıl Aypara Cəmiyyətinə bağlı Qüds və İndoneziya xəstəxanalarını vurmuşdu. Hücumlarda yüzlərlə insan həlak olub və yaralanıb. İsrail qüvvələri bu xəstəxanaların bəzilərini zorla boşaldıb. 


SON XƏBƏRLƏR

21 Fevral 2024