• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Belqradda növbəti etiraz aksiyası başladı

DÜNYA

29 Dekabr 2023 | 20:18 | Müəllif: Subhan Mahmudov

Belqradda növbəti etiraz aksiyası başladı

“Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasını dəstəkləyən “Mübarizə” tələbə təşkilatının tərəfdarları Xarici İşlər Nazirliyi və Dövlət İdarəçilik Nazirliyinin binaları yaxınlığında çadırlar quraraq etiraz aksiyasına başlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, etirazçılar Knez Miloş küçəsini bağlayıblar. Polis avtomobillərin hərəkətini yönləndirir. Hüquq-mühafizə orqanları etirazçılara mane olmur.

Müxalifətçilər çadır şəhərciyində 24 saat qalmaq niyyətindədirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026