Avropa Birliyinin digər ölkələri Ukraynaya daha çox yardım etməlidir, çünki Almaniya təkbaşına belə böyük yükü daşıya bilməz.
Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Ukraynaya yardımın ümumi məbləğində Almaniyanın bu qədər böyük payı olmamalıdır. Çox şey etmək bizim töhfəmizdir, amma hər kəs də çox şey etməlidir”, - Şolts bildirib.
















