• Bakı 17° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.859

    RUB - 0.0176

Zelenski növbəti səfərbərliyi təxirə saldı

DÜNYA

27 Fevral 2024 | 16:15

Zelenski növbəti səfərbərliyi təxirə saldı

“Ukraynada yeni səfərbərlik dalğası Ukrayna Silahlı Qüvvələrində audit aparılana qədər təxirə salınacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu işlə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski məşğul olacaq.

“Xeyr, baş komandan yoxlama (audit) aparmayana qədər biz bu barədə (səfərbərliyin mümkün genişləndirilməsi – red.) danışmırıq”, - deyə V.Zelenski qeyd edib.

Xatırladaq ki, daha əvvəl Volodimir Zelenski ölkədə hərbi vəziyyətin müddətini 2024-cü il mayın 13-dək uzadıb.


SON XƏBƏRLƏR

12 Oktyabr 2024