• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Tramp Putinlə döyüşmədiyi üçün onu tanımır- Zelenski

DÜNYA

27 Fevral 2024 | 14:09

Tramp Putinlə döyüşmədiyi üçün onu tanımır- Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti Trampı Rusiyanı dəstəkləməkdə ittiham edib.

Bakıvaxtı.az "Lenta.ru"ya istinadla xəbər verir.

Vladimir Zelenski Donald Trampın necə Vladimir Putinin tərəfində ola biləcəyini anlamadığını deyib .

Bir jurnalistlə söhbətində Zelenski əlavə edib ki, Tramp Putinlə döyüşmədiyi üçün onu tanımır.

Vladimir Zelenski həmçinin hesab edir ki, Tramp Ukraynanı dəstəkləmək əvəzinə Rusiyanı seçməklə “amerikalılara qarşı” olacaq və əlavə edib ki, ABŞ-ın keçmiş prezidentinin münaqişəni bir gündə bitirmək vədi Rusiya prezidentinin məqsədlərinin düzgün başa düşülməməsi ilə əlaqələndirilir.

Daha əvvəl Münhen Təhlükəsizlik Konfransında çıxış edən Zelenski Trampı “əsl müharibəni” izləmək üçün onunla cəbhə xəttinə getməyə dəvət edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024