• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Belçikada təyyarə qəzası: ölənlər var

DÜNYA

28 Yanvar 2024 | 19:54 | Müəllif: Subhan Mahmudov

Belçikada təyyarə qəzası: ölənlər var

Belçikanın Spa şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP agentliyi polisə istinadən məlumat yayıb.

“Təyyarədə iki nəfərin həlak olmasına təəssüflənirik. Çox güman ki, eniş düzgün olmayıb”, - polis bildirib.

Qeyd olunub ki, güclü külək səbəbindən pilot təhlükəsiz yerə enə bilməyib.

Təyyarə enərkən uçuş-enmə zolağının yanındakı avtomobilə çırpılıb və partlayıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026