• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ərdoğan SƏRT DANIŞDI: Kilsəyə hücum edənlər...

DÜNYA

28 Yanvar 2024 | 17:37 | Müəllif: Subhan Mahmudov

Ərdoğan SƏRT DANIŞDI: Kilsəyə hücum edənlər...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində iki silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni kəskin şəkildə pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Prezident hücumu törədənlərin 24 saat ərzində tutulacağını əmin edib.

"Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür. Ümid edirik ki, hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq", - Ərdoğan bildirib.

Qeyd edək ki, silahlı hücum İstanbulun Sarıyer rayonunda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsində olub. İki maskalı şəxs atəş açaraq 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşını öldürüb. Hələlik heç kim cinayətə görə məsuliyyəti üzərinə götürməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026