• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

150 milyard dollarlıq “Yeni nəsil şəhər”

DÜNYA

27 Fevral 2024 | 12:01

150 milyard dollarlıq “Yeni nəsil şəhər”

Birləşmiş Ərəb Əmirlikləri Misirə 35 milyard dollarlıq birbaşa investisiya yatıracaq.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, BƏƏ-nin ADQ investisiya fondu ilə müqaviləni Misirin baş naziri Mustafa Medbuli imzalayıb.

Misir hökumətinin yaşadığı valyuta probleminin aradan qaldırılması üçün bağlanmış razılaşmaya əsasən, Ras Əl-Hikma bölgəsində otel, əyləncə və biznes mərkəzləri, beynəlxalq hava limanı və iri kruiz gəmiləri üçün marina tikintisi nəzərdə tutulur.

Yeni çimərliyin ümumi sahəsinin 171 milyon kvadratmetr olacağı bildirilir. Layihənin cəmi 150 milyard dollarlıq sərmayə cəlb edə biləcəyinə diqqət çəkən Medbuli "yeni nəsil şəhər"in qurulacağını və burada texnologiya mərkəzləri, yüngül sənaye və yaşayış sahələrinin də olacağını vurğulayıb.

Qeyd edək ki, Misir hökuməti layihədə 35 faiz paya sahib olacaq.

İlk iki ayda ediləcək 35 milyard dollar sərmayənin Misirin geosiyasi gərginliklər və Süveyş kanalı gəlirlərindəki ləngimələr səbəbiylə daha da ağırlaşan valyuta qıtlığının aradan qaldırılmasında mühüm rol oynayacağı gözlənilir.

Ay Tac


150 milyard dollarlıq “Yeni nəsil şəhər”
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026