• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

“Putin həmin gecə yatmayıb” - Peskov

DÜNYA

28 Mart 2024 | 10:30

“Putin həmin gecə yatmayıb” - Peskov

“Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. 

Onun sözlərinə görə, Putin həmin gecə səhərə qədər işləyib və hadisə ilə bağlı müxtəlif qurumların rəhbərlərindən hesabat qəbul edib: “Bu cür anlarda heç kəs, xüsusən də, dövlət başçısı yuxu barədə düşünmür”.

Xatırladaq ki, martın 22-də Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Son məlumata görə, hadisə nəticəsində 143 nəfər həlak olub, 300-dən çox insan isə yaralanıb. Hadisədən bir gün sonra Putin xalqa müraciət edib.


SON XƏBƏRLƏR

26 Aprel 2024