• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ukraynaya PUA HÜCUMU: 18 nəfər ölüb, 132 nəfər yaralanıb - YENİLƏNİB

DÜNYA

29 Dekabr 2023 | 17:08 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynaya PUA HÜCUMU: 18 nəfər ölüb, 132 nəfər yaralanıb - YENİLƏNİB

Rusiyanın bu gün səhər saatlarında Ukraynanın müxtəlif şəhərlərinə genişmiqyaslı hava hücumu zamanı ölənlərin sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyinin "Facebook" hesabında məlumat verilib.

Bildirilib ki, indiyə qədər olan məlumata görə bu kütləvi hava zərbələri nəticəsində 18 nəfər həlak olub, 132 nəfər yaralanıb. "47 fərdi yaşayış binası, 9 yaşayış binası, iki inzibati bina, yardımçı tikililər, 39 minik avtomobili, xəstəxana və sanatoriyalar, qarajlar, yanacaqdoldurma məntəqəsi, anbar, məktəb, kilsə, ticarət mərkəzi, doğum evi ciddi zədələnib. Hər bir terrorçu törətdiyi cinayətlərə görə cavab verəcək", Ukrayna DİN paylaşımında bildirib.

Daxili İşlər Nazirliyi qeyd edib ki, hələ də itkinlərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir ona görə də qurbanlar haqqında məlumatlar tez-tez dəyişə bilər.

***

12:50

Rusiyanın Ukraynaya bu gün səhər raket hücumu nəticəsində 12 nəfər ölüb, 75 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ötən gecə və bu gün səhər Rusiya Silahlı Qüvvələri Ukrayna ərazilərinə kütləvi raket və dron zərbələri endirib. Ölkənin bir sıra vilayətlərində hava həyəcanı siqnalı verilib.

***

11:00

Ukraynanın bir çox bölgələrində ikinci dəfə hava hücumu xəbərdarlığı edilib.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, Rusiya ordusu gecə saatlarından etibarən Ukrayna ərazilərinə “Şahed” pilotsuz təyyarələrini buraxıb. Balistik zərbə təhlükəsi də var.

Ayrı-ayrı bölgələrdən verilən məlumatlarda hava hücumu nəticəsində ölən və yaralananların olduğu bildirilir.

***

08:34

Dekabrın 28-i axşam saatlarından Rusiya Ordusu Ukraynaya pilotsuz təyyarələr və raketlərlə hücum edib.

Bakıvaxtı.az-ın UNİAN-a istinadla məlumatına görə, bir çox bölgədə hava hücumu xəbərdarlığı elan edilib.

Hərbi Hava Qüvvələri “Şahed” tipli PUA-nın Sumı vilayətindən keçərək Çerniqov vilayəti istiqamətində hərəkət etdiyini bildirib.

Həmçinin Nikolaev və Odessa vilayətləri üçün kamikadze pilotsuz təyyarələrin partlayış təhlükəsi olub.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR