• Bakı 26° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Somali quldurları Şri-Lankada gəmi ələ keçirdilər

DÜNYA

28 Yanvar 2024 | 16:34 | Müəllif: Subhan Mahmudov

Somali quldurları Şri-Lankada gəmi ələ keçirdilər

Somali quldurları Şri-Lankada balıqçı gəmisini ələ keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şri-Lanka Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Şri-Lanka hakimiyyəti ələ keçirilən balıqçı gəmisini azad etmək üçün birgə dəniz qüvvələrindən kömək istəyib.

Qeyd edilir ki, gəmi yanvarın 27-də dəniz quldurları tərəfindən ələ keçirilib. Gəminin göyərtəsində altı nəfər olub.

Birləşmiş Dəniz Qüvvələri 40 ölkənin daxil olduğu koalisiyadır. Somali sahilləri də daxil olmaqla, gəmilərin təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar həyata keçirir. Bu qüvvələrin qərargahı Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazasında yerləşir.​


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026