• Bakı 19° C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"İstefa vermək fikrim yoxdur" - Əflatun Amaşov

MEDİA

29 Avqust 2022 | 13:33

İstefa vermək fikrim yoxdur - Əflatun Amaşov

"Kimlərsə deyib ki, mən Mətbuat Şurası sədrliyindən istefa ərizəsi yazmışam. Bunu mənim fikrimi öyrənmədən yazanlar da tapılıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Əflatun Amaşov Mətbuat Şurasının sədrliyindən istifa ərizəsi yazması ilə bağlı yayılan xəbərlərə münasibər bildirərkən deyib.

Onun sözlərinə görə, yazılanlar və deyilənlər şaiyədir: "İstefa verməmişəm, istefa vermək fikrim də yoxdur. Hazırda işimin başındayam".

Amaşov qeyd edib ki, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əsasən 4 ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməlidir: "Axırıncı ali məclis 2018-ci ildə baş tutub. Deməli, 2022-ci ildə də təşkil olunmalıdır. Bununla bağlı qərarı, yəni qurultayın keçirilməsi üzrə Nizamnamə prosedurunun reallaşdırılması qərarını Şuranın İdarə Heyəti verməlidir. Qurultayda Şuranın İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyimi irəli sürüb-sürməmək qərarını isə mən verməliyəm".

MŞ sədri tövsiyə edir ki, kimsə buna görə narahatlıq keçirib hadisələri qabaqlamaq niyyətinə düşməsin.

"Belə bir niyyətə düşmək ən azından etikasızlıqdır", - deyə Əflatun Amaşov vurğulayıb.

Aytac Aslan


SON XƏBƏRLƏR