• Bakı C

    6.42 m/s

Fransa mediasında ermənilərin vandalizmi haqqında film yayımlanıb - VİDEO

MEDİA

03 Sentyabr 2022 | 10:29

Fransa mediasında ermənilərin vandalizmi haqqında film yayımlanıb - VİDEO

Fransanın Lagazetteaz.fr onlayn qəzeti "ŞUŞA, 30 il sonra" başlıqlı film yayımlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Şuşada anadan olmuş professor Elçin Əhmədov 30 ildən sonra doğma şəhərinə qayıdır və ötən xatirələri yada salır.

Çəkliş zamanı professor Elçin Əhmədov Şuşada evləri yerləşən əraziyə baş çəkib.

"Evimiz təxminən bu ərazidə yerləşirdi, indi bizim evimizdən heç bir əsər qalmayıb. Biz evimizi məcburi tərk etməli olanda evə bir güllə belə dəyməmişdi, evin divarlarının qalınlığı 2 metrə yaxın idi", - deyə E.Əhmədov əlavə edib.

E.Əhmədov bildirib ki, evin iki əsrə yaxın yaşı olub.(trend)

"Evin qalın divarlarının daşları ermənilər tərəfindən sökülərək satılıb.Bizim evi müharibə vaxtı yox, müharibədən sonra ermənilər dağıdıblar. Təkcə də bizim yox, qonşularımızın da evi dağıdılıb. Qədim tarixə malik evlərin daşları ermənilər tərəfindən sökülüb və satılıb. Bu erməni vəhşiliyinin, vandalizminin əsl sübutudur", - deyə professor qeyd edib.


SON XƏBƏRLƏR

03 Dekabr 2022