• Bakı 20° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti AÇIQLANDI

CƏMİYYƏT

09 Iyun 2023 | 16:41

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti AÇIQLANDI

İstirahət günlərində (mayın 10-11-də) milli parklarda gözlənilən hava şəraiti açqılanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Samur–Yalama milli parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 11-də gündüz şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.

Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-16 °isti, gündüz 23-26° isti olacaq.

Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 11-də gündüz qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.

Ağgöl milli parkında əsasən yağmursuz keçəcəyi, lakin 11-də gündüz arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 22-27° isti olacaq.

Qızılağac milli parkında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də gündüz arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti olacaq.

Göygöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 10-da axşam, 11-də arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-12° isti , gündüz 15-20° isti olacaq.

Şirvan milli parkında havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də gecə və axşam arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 ° isti, gündüz 25-30° isti olacaq.

Hirkan milli parkında hava şəraiti əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də gündüz arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-29° isti olacaq.


SON XƏBƏRLƏR