"Ermənistan-Azərbaycan sərhədində Aİ-nin mülki missiyasının təşkili regionda etimad və uzunmüddətli sabitliyin yaradılmasına mühüm töhfədir".
Bakıvaxtı.az xəbər verir ki, bunu İsveçin xarici işlər Ann Linde tviterdə yazıb.
Qeyd edək ki, oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib. Missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək. /Report















