• Bakı 14° C

    2.8 m/s

İtaliya Millətlər Liqasında üçüncü oldu

İDMAN

18 Iyun 2023 | 20:01 | Müəllif: Subhan Mahmudov

İtaliya Millətlər Liqasında üçüncü oldu

Millətlər Liqasında 2022/23 mövsümünün üçüncüsü müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, İtaliya üçüncülük matçında Niderlanda qalib gəlib - 3:2.

Hesabı 6-cı dəqiqədə Federiko Dimarko açıb. 20-ci dəqiqədə Davide Frattesi italyanların üstünlüyünü 2 topa çatdırıb. 68-ci dəqiqədə Stiven Berqveyn fərqi azaltsa da, 5 dəqiqə sonra Federiko Kyeza yenidən fərqi artırıb. 90-cı dəqiqədə Georginio Veynaldumun vurduğu qol isə niderlandlılar üçün təsəlli olub.

Millətlər Liqasının final matçı bu gün saat 22:45-də İspaniya və Xorvatiya arasında keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026