• Bakı 21° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

İtaliya Ukraynanın elektrik şəbəkəsinin bərpasında iştiraka hazırdır

DÜNYA

30 Noyabr 2022 | 13:30

İtaliya Ukraynanın elektrik şəbəkəsinin bərpasında iştiraka hazırdır

"Ukraynanın elektrik şəbəkəsini işlək vəziyyətdə saxlamaq üçün lazımi texnoloji dəstəyi verməyə hazırıq"

Bakıvaxtı.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani deyib.

Rusiyanın bombardmanı nəticəsində Ukraynanın zədələnən enerji şəbəkələrinə toxunan Tajani qeyd edib ki, bu çətin mövsümdə Ukraynaya kömək vacibdir: "İtaliya öz firmaları vasitəsilə lazımi texnoloji dəstəyi göstərmək də daxil olmaqla, elektrik şəbəkəsinin işlək vəziyyətdə saxlanılması üçün üzərinə düşəni etməyə hazırdır".

Ukraynaya silah yardımı ilə bağlı İtaliya parlamentinin qərar qəbul etdiyini xatırladan Tayani parlament tərəfindən digər qərarların da veriləcəyini vurğulayıb.

Sülh üçün danışıqların vacibliyini qeyd edən Antonio Tayaninin sözlərinə görə, ancaq hazırkı vəziyyətdə danışıqlar masasına oturmaq çətindir.

Aytac Aslan


SON XƏBƏRLƏR

19 Aprel 2024