Dekabrın 5-də Qvatemalada yoxa çıxan 27 yaşlı Hip Hop ulduzu Nesli Monterrosonun meyiti tapılıb.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadla xəbərinə görə, itkin düşən gənc qadının cansız cəsədi tərk edilmiş və sənədsiz avtomobildə tapılıb.
Verilən açıqlamalara görə, Neslinin ölümünə səbəb başından aldığı güclü zərbə olub. Eyni zamanda, onun nəqliyyat vasitəsinin içərisindəki çəlləkdə gizləndiyi bildirilib.
Məhəllə sakinləri dövlət nömrə nişanı olmayan avtomobilin uzun müddət eyni yerdə dayandığını görüb yerli polisə müraciət ediblər. Şahidlər Neslynin bədənində həddindən artıq zorakılıq izlərinin olduğunu da iddia ediblər. Bəzi şahidlər çəlləkdə müəyyən edə bilmədikləri mayenin olduğunu bildiriblər.
Polis araşdırmalarında bildirib ki, Nesli sonuncu dəfə cəsədin tapıldığı yerə çox yaxın bir ofisdən çıxarkən görülüb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Aytac Aslan


















