• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

15 nəfərin öldüyü kafenin azərbaycanlı sahibinin həbs müddəti uzadıldı

DÜNYA

07 Yanvar 2023 | 15:31

15 nəfərin öldüyü kafenin azərbaycanlı sahibinin həbs müddəti uzadıldı

Moskvanın Basmannıy Rayon Məhkəməsi yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə saxlanılan Kostroma Dövlət Dumasının Vahid Rusiya partiyasından deputatı İxtiyar Mirzəyevin həbs müddətini uzadıb.

Bakıvaxtı.az xəbər verir ki, məhkəmə Mirzəyevin barəsində həbs qətimkan tədbirinin daha üç ay müddətinə, aprelin 5-i tarixinədək uzadılması haqqında qərar qəbul edib.

Qeyd edək ki, İxtiyar Mirzəyevin sahibi olduğu Poliqon gecə klubunda noyabrın 5-də baş vermiş yanğında 13 nəfər ölüb.

Mirzəyev noyabrın 7-də Vahid Rusiya partiyasının ali şurasına müraciət edərək bu təşkilatda üzvlüyünün dayandırılmasını xahiş edib.

Təqsiri sübut olunacağı təqdirdə azərbaycanlı deputatı 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026