Bütün Suriya ərazisində zəlzələ ilə bağlı dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, bu qərar “profilaktik tədbir” kimi qəbul edilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənubundakı Qəhrəmanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib: 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.
















