• Bakı 13° C

    14.13 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Japarovun Bakı səfəri: İki ölkə əməkdaşlığına töhfə verəcək

SİYASƏT

24 Aprel 2024 | 13:48

Japarovun Bakı səfəri: İki ölkə əməkdaşlığına töhfə verəcək

"Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana səfəri iki ölkə arasındakı əməkdaşlığa və türk dövlətləri arasındakı interqasiyaya töhfə verəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekə səfər edərək Qırğızıstan prezidenti ilə görüşmüşdü. Türk inteqrasiyasının nüvəsini Türkiyə-Azərbaycan ittifaqı təşkil edir. Qazaxıstan və Özbəkistanın isə türk ittifaqına marağı artıb:

"Astana və Daşkənd Moskva və Pekinlə sıx münasibətlərə malik olsalar da, xarici və təhlükəsizlik siyasətini şaxələndirməyin doğru olduğu qənaətindədirlər. Qırğızıstan da bu prosesdə geri qalmaq istəmir. Qırğızıstan Özbəkistan və Qazaxıstan qədər imkanlı dövlət olmasa da, Bişkək Astana və Daşkənd kimi Qarabağda əlini daşın altına qoymağa qərar verib, Ağdamın Xıdırlı kəndində məktəb binasının tikintisini həyata keçirəcək".

Qeyd edək ki, bu gün Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024