• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu, hələ başlanğıcdır: Yeni reallıq İrəvanı sülhə məcbur edir

SİYASƏT

24 May 2024 | 12:25 | Müəllif: Qalib İbrahimoğlu

Bu, hələ başlanğıcdır: Yeni reallıq İrəvanı sülhə məcbur edir

“Delimitasiya prosesi davam etdikcə sərhəd xətti hissə-hissə bərpa olunacaq və nəticədə Azərbaycan Ermənistan sərhədi müəyyənləşəcək”.

Bu sözləri deputat Azər Badamov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Dövlət Sərhəd Xidmətinin Qazaxın dörd kəndini nəzarətə götürməsini şərh edən deputatın sözlərinə görə, bunu hələ başlanğıc hesab etmək olar. Zamanla bütün ərazilər sərhədçilər tərəfindən qorunacaq. Bu, həm də sülhə gedən yolun başlanğıcıdır.

“Azərbaycan müharibənin başa çatdığını bildirərək Ermənistana sülh təklif etmişdi. Ermənistan bir müddət sülhdən uzaq dayansa da, ölkəmizin yaratdığı yeni reallıq rəsmi İrəvanı sülhə məcbur edir. Cənab Prezident İlham Əliyev nəyi, necə və nə zaman etmək lazım olduğunu hamıdan yaxşı bilir. Ona görə də 30 ildən çox müddətdə həll olunmayan problemlər məhz dövlət başçımızın dediyi kimi həll olunur”.

Müsahibimiz dörd kəndimizin qayıtmağı münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Azərbaycan qalibdir və bundan sonra xalqımız həmişə başı uca gəzəcək”,  - deyə Azər Badamov vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026