Bakıda 62 yaşlı usta tikintidən yıxılaraq ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə dekabrın 8-də Yasamal rayonunda baş verib.
M.Xiyabani küçəsində yerləşən “Jasmin Park” yaşayış kompleksində tikinti işləri aparılan 16 mərtəbəli evin 5-ci mərtəbəsindən usta Cəlilabad rayon sakini 1963-cü il təvəllüdlü Lazım Bağırov ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Araşdırma aparılır.
Bakı 



