• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Jurnalist övladları imtahanlarda neçə bal toplayıb? - FOTOLAR

CƏMİYYƏT

16 Aprel 2024 | 16:13

Jurnalist övladları imtahanlarda neçə bal toplayıb? - FOTOLAR

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 və 10 mart 2024-cü il tarixlərində keçirilmiş buraxılış imtahanının nəticələrini elan edib.

Beləliklə 100 mindən çox 11-ci sinif şagirdinin iştirak etdiyi buraxılış imtahanları kimin neçə bal topladığına aydınlıq gətirdi.

Qeyd edək ki, buraxılış imtahanları ali məktəblərə qəbulun 1-ci mərhələsidir.

Bakıvaxtı.az xəbər verir ki, builki buraxılış imtahanlarının iştirakçıları arasında jurnalist övladları da var.


“Avtosfer.az” saytının bar redaktoru Elməddin Muradlının oğlu Turğut buraxılış imtahanında 265 bal toplayıb.


“Pressklub.az” saytının əməkdaşı Elçin Rüstəmlinin qızı Aysunun nəticəsi daha yüksək olub – 297,5 bal.


“Missiya.az” saytının baş redaktoru Nicat Hüseynin oğlu Mirseymur 273 bala imza atıb:
“İnşallah blok imtahanında da yüksək nəticə göstərər. Hədəfimiz ümumilikdə minimum 600-dür”, - N.Dağlar oğlunun nəticəsi barədə deyib.


“Yenisabah.az” saytının rəhbəri Elnur Məmmədlinin qızı Nuray 252,7 bal toplayıb.


Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimovanın qızı Ceyran buraxılış imtahanında yüksək nəticə göstərərək həm də qırmızı attestata layiq görüləcək.
“Mənə böyük fərəh hissi yaşatdığına görə, minnətdaram xanım-xatın qızım, Ceyran!”, - deyə Sara Əzimova sevincini bölüşüb.

QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadənin qızı Günel 276 bal toplamaqla ali məktəbə qəbul yolunda uğurlu addım atıb./modern.az


SON XƏBƏRLƏR

29 Aprel 2024