• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Kanadanın "bulanıq suda balıq tutmaq" həvəsi: Ermənistanı müharibəyə təhrik edirlər

SİYASƏT

17 Aprel 2024 | 13:48

Kanadanın bulanıq suda balıq tutmaq həvəsi: Ermənistanı müharibəyə təhrik edirlər

İlk kanadalı müşahidəçi Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasına qoşulub.

Aİ missiyasının yaydığı məlumatda deyilib ki, kanadalı mütəxəssis Aleksandr Qruşevski İttifaqın mülki müşahidə missiyasına qəbul olunub. Vurğulanıb ki, Kanada Aİ-nin Ermənistandakı missiyasını dəstəkləyir.

Qeyd edək ki, Kanada missiyaya qoşulan ilk qeyri-Avropa ölkəsidir. Missiya Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşib.

Ekspertlərin fikrincə, Ermənistan-Azərbaycan şərti sərhədi boyunca "Avropa İttifaqı missiyası"na Kanada kimi qeyri-Avropa ölkələrinin cəlb olunması, tərkibin genişləndirilməsi heç də xoş niyyətlərdən xəbər vermir. Bu, Qərbin müxtəlif yollarla Cənubi Qafqaza nüfuzu, yerləşməsi deməkdir.

Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a deyib ki, ümumiyyətlə region ölkələrindən qeyrisinin bu coğrafiyada istənilən məsələyə müdaxiləsi xoşniyyətli olmur.

Ekspertin sözlərinə görə, Kanadanın Ermənistanda bu cür işlərə qol qoyması əslində təkcə Azərbaycanı yox, digər region dövlətlərini də təhdid edir:

"Qeyri-Avropa ölkəsi olan Kanadanın ermənipərəstliyi səlibçilik təfəkkürünün təzahürüdür. İstər Fransa, istərsə də Kanada olsun, ümumiyyətlə bu kimi ölkələrin dərin dövlət ideoloji-siyasi ambisiyalarında bir xaç yürüşü təfəkkürü var. Müsəlman dünyasına qarşı həmişə qərəz, ədalətsiz mövqe görürük. Kanadanın okeanın o tayından gələrək Qafqazda Ermənistanı Azərbaycana qarşı təhrik etməsini yalnız mənfi qiymətləndirmək olar”.

Çüsahibimiz qeyd edib ki, Qərbin, Avropanın, habelə Kanada kimi qeyri-səmimi siyasət yürüdən dövlətlərin marağı və məqsədi istismar, türk-islam düşmənçiliyidir:

“Avropa İttifaqının missiyası nəyə xidmət edir? Uzun illər ATƏT-in Minsk qrupu fəaliyyət göstərdi, yalnız ermənilərin xeyrinə iş apardı. İndi də onun əvəzinə bunlar gəlib Ermənistana qol-qanad verirlər, müharibəyə təşviq edirlər. Üstəlik, Kanada kimi dövlətlərin "müşahidəçi" adı altında kəşfiyyat orqanlarını Qafqaza doldururlar".

Tural İrfan: Kanada kimi qeyri-səmimi siyasət yürüdən dövlətlərin məqsədi türk-islam düşmənçiliyidir

Analitik vurğulayıb ki, missiya Ermənistanı təcavüzə təhrik edir, regionda münasibətləri daha gərgin həddə çıxarır:

"Azərbaycan Ermənistanla ikitərəfli razılaşa, anlaşa bilər. Kənar müdaxilələr nə qədər çox olsa, o qədər işin ziyanınadır. Ermənistan-Azərbaycan arasındakı tarixi, siyasi məsələlərin xronologiyası, təsirləri, obyektiv və subyektiv səbəbləri okeanın o tayında, yaxud Qərbdə olan ölkələr üçün ancaq birtərəfli, ermənipərəst mövqedən qiymətləndirilib. Onlar təcavüzü, işğalı, soyqırımları dəstəkləyiblər. Hesab edirəm ki, sərhədlərin delimitasiya və demarkasiyasının mümkün həlli də kənar müdaxilələrə baxmayaraq öz həllini tapacaq. İşğalda qalmış 8 kəndin azadlığı da yaxındadır. Ondan sonra bu qurumların, missiyaların rolu da qalmayacaq. Elə məhz öz rollarının qalması üçün yerdə qalan məsələlərin həllinə mane olurlar ki, varlıqlarını Ermənistan vasitəsi ilə regionda qoruyub saxlasınlar. Necə deyərlər "bulanıq suda balıq tutmaq" həvəsi Kanada kimi dövlətləri onları maraqlandırmayan işlərə vadar edib".

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Aprel 2024