• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Karqo şirkətinə hücum edən şəxs müəyyənləşib

HADİSƏ

21 Mart 2025 | 20:03

Karqo şirkətinə hücum edən şəxs müəyyənləşib

Bakıda karqo şirkətlərindən birinin ofisinə hücum etməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Vətəndaş F.Ələşrəfzadə martın 19-da Nəsimi rayonu ərazisində yerləşən ofislərin birində ona naməlum şəxs tərəfindən fiziki zor tətbiq edilməsi barədə polisə müraciət edib. Daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib, izahatı alınıb”, – mətbuat xidməti açıqlayıb.

Vurğulanıb ki, hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır: “Araşdırmanın nəticəsinə əsasən məsələyə hüquqi qiymət veriləcək”.

Xatırladaq ki, daha əvvəl paytaxtın Nəsimi rayonunda yerləşən karqo şirkətinin ofisinə hücumla bağlı məlumat yayılmışdı. Videogörüntülərdə ofisə daxil olan şəxsin əməkdaşa hücum edərək xəsarət yetirdiyi əks olunub.


SON XƏBƏRLƏR

18 Aprel 2025