Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, bayram tədbirlərinə tamaşa nümayişi ilə başlanılıb.
Gəncə Dövlət Milli Dram Teatrının kollektivi yazıçı, dramaturq Abdulla Şaiqin “Tıq-tıq xanım” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri ilə kəlbəcərli uşaqları sevindirib.
Musiqili nağıl-tamaşanın quruluşçu rejissoru Şahmar Məmmədov, quruluşçu rəssamı Vahab Cəfərov, rejissor assistenti Dursun Cəlilova, musiqi tərtibatçısı Ziyad Abbasovdur. Rolları Elmir Məmmədov, Elnur Abbasov, Mətləb Təhmazi, Elmil Salmanov, Fərid Vəliyev, Zeynəb Hüseynova və başqaları canlandırıblar.
Abdulla Şaiqin maarifçi ideyalarının şən musiqi və rəqslərlə ahəngdar şəkildə təqdim olunduğu səhnə əsəri tamaşaçıların könlünü oxşayıb, alqışlarla qarşılanıb.
Bakı 

















