• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kəlbəcərdə hərbçilərin olduğu avtomobil aşdı - Ölən və yaralanan var - YENİLƏNİB

HADİSƏ

23 Iyul 2023 | 00:16 | Müəllif: Subhan Mahmudov

Kəlbəcərdə hərbçilərin olduğu avtomobil aşdı - Ölən və yaralanan var - YENİLƏNİB

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "Maz" markalı avtomobilin 22 iyul 2023-cü il tarixdə qəzaya uğraması, hərbi qulluqçular baş əsgər Əliyev Emin Eldəniz oğlunun ölməsi və leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Bu barədə Bakıvaxtı.az-a Hərbi Prokurorluqdan məlumat verilib. 

Hazırda Kəlbəcər hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

 

22:41

Kəlbəcərdə hərbçilərin olduğu avtomobil qəzaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, avtomobilin aşması nəticəsində 1 hərbçi ölüb, 1 hərbçi isə yaralanıb.

Əlavə məlumat veriləcək./unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026