• Bakı 21° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Şabranda qəza olub - ölən və yaralanan var

HADİSƏ

21 Avqust 2023 | 13:37 | Müəllif: Subhan Mahmudov

Şabranda qəza olub - ölən və yaralanan var

Şabran rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 106-cı kilometrliyində, Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mitsubishi” markalı minik avtomobilinin bordürə çırpılması nəticəsində Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Şəfiqə Abdulmütəllib qızı Xasayeva hadisə yerində ölüb.

Digər paytaxt sakini Qalib Əhməd oğlu Xasayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026