Əməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Turan Etibaroğlu feysbukda bildirib.
E. Rəhmanov bu gün səhər saatlarında 44 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
Xatırladaq ki, E. Rəhmanov uzun müddət narkotik asılılığından əziyyət çəkib, həbs həyatı yaşayıb.
R. Rəhmanın daha bir oğlu 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib.