• Bakı 13° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Bakı sakini ov tüfəngi ilə öldürüldü - YENİLƏNİB

HADİSƏ

17 Oktyabr 2023 | 17:03

Bakı sakini ov tüfəngi ilə öldürüldü - YENİLƏNİB

Cinayət əməlini törətməkdə şübhəli bilinən A.Fətullayevin qardaşı oğlu 1984-cü il təvəllüdlü Fətullayev Elməddin Yunis oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

 

16:22

Oktyabrın 17-də saat 15 radələrində paytaxtın Xətai rayonu ərazisində 1971-ci il təvəllüdlü Fətullayev Arif Yusif oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR